Azərbaycan Dəmir Yolları (ADY) sərnişinlərin daşınma imkanlarını genişləndirmək məqsədilə yeni marşrut sxemini təqdim edib. Artıq vətəndaşlar yeni istifadəyə verilmiş Gəncə–Qəbələ–Gəncə marşrutundan faydalanaraq, Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər edə bilərlər.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
Yeni hərəkət qrafikinə əsasən, sərnişinlər Ləki stansiyasında qatardan-qatara keçid etməklə mənzil başına çata biləcəklər:
Bakıdan Qəbələyə: Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatan sərnişinlər, saat 11:12-də Gəncə–Qəbələ qatarına minərək yollarına davam edə bilərlər.
Qəbələdən Bakıya: Qəbələ–Gəncə qatarı ilə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə paytaxta geri dönmək mümkündür.
Qeyd olunub ki, gündəlik reyslərlə yanaşı, Bakı-Qəbələ-Bakı marşrutu üzrə ənənəvi qrafiklə şənbə və bazar günləri həyata keçirilən müntəzəm reyslər də qüvvədə qalır.