BAKI, 7 yanvar. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 60 faizdən aşağı düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Bildirilir ki, yanvarın 4-nə anbarların doluluq səviyyəsi 59,9 faiz təşkil edib.

Niderlandda yeraltı qaz anbarlarındakı ehtiyatlar 46,1 faizə, Almaniyada 54,1 faizə, Fransada isə 55,7 faizə enib.

Mövsüm başlayandan ötən müddət ərzində Avropanın yeraltı qaz anbarlarından ümumilikdə 23,6 milyard kubmetr qaz çıxarılıb ki, bu da qışa hazırlıq məqsədilə vurulan həcmin demək olar ki, yarısına bərabərdir.