BAKI, 29 dekabr. TELEQRAF

Bu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357,5 manat təşkil edib.

Teleqraf Bakı Şəhər Statistika İdarəsinə istiandən xəbər verir ki, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.