BAKI, 26 dekabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında iqtisadi təmərküzləşmə əməliyyatları ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində baxılmış müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.
Qurumdan Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu say 69 olub, bu il isə 109-a çatıb.
Qeyd edək ki, iqtisadi təmərküzləşmə əməliyyatlarının tənzimlənməsi bazarda rəqabətin məhdudlaşdırılmasının qarşısının alınmasına və istehlakçılar üçün daha əlçatan və sağlam seçim imkanlarının təmin edilməsinə şərait yaradır.