BAKI, 25 dekabr. TELEQRAF

Bu ilin noyabrında ölkәdә illik inflyasiyaya ticarәt tәrәfdaşlarındakı inflyasiya 2.87 faiz bәndi, nominal effektiv mәzәnnә isә 0.38 faiz bәndi artırıcı tәsir edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

Dövr әrzindә daxili tәklif (kәnd tәsәrrüfatı istehsalçı qiymәtlәri vә s.) vә tәlәb (ev tәsәrrüfatlarının istehlakı, dövlәt istehlakı vә s.) amillәrinin dә inflyasiyaya tәsiri ümumilikdә artırıcı olub.

Dövlәt Statistika Komitәsinin mәlumatına әsasәn cari ilin noyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib. O cümlәdәn qida mәhsulları, alkoqollu içkilәr vә tütün mәmulatları üzrә illik 7.1%-lik inflyasiya qeydә alınıb, qeyri-qida mәhsulları 2.5% bahalaşıb. Ödәnişli xidmәtlәr üzrә illik qiymәt artımı isә bu dövrdә 5.7% tәşkil edib. Tәnzimlәnәn qiymәtlәrin, hәmçinin kәnd tәsәrrüfatı mәhsullarının mövsümi xarakter daşıyan qiymәt dәyişimi nәzәrә alınmadan hesablanan illik baza inflyasiya noyabrda 4.8% tәşkil edib.