BAKI, 25 dekabr. TELEQRAF
Bu il Asiya İnkişaf Bankı (AYİB) Azərbaycanda milli valyutada AZIR indeksinə (kömәkçi pul siyasәti lövbәri) bağlı üzən faizli istiqrazların yerləşdirilməsinə başlayıb. Bu çərçivədə 50 milyon manat həcmində ilk tranş açıq təklif üsulu ilə uğurla yerləşdirilib.
Teleqraf bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
"Bu, Azәrbaycanın maliyyә bazarı üçün böyük nailiyyәt olmaqla yanaşı, hәm dә AZIR indeksinin etibarlı istinad faizi kimi istifadәsinin göstәricisidir."- deyə məlumatda bildirilib.