BAKI, 24 dekabr. TELEQRAF
Yanvarın 28-də Azərbaycanın müxtəlif regionlarında 7 torpaq müsabiqəsi və 9 torpaq hərracı keçiriləcək.
Teleqraf Əmlak Məsəslələri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraclar Dövlət Xidmətinin Sumqayıt, Gəncə, Xaşmaz və Cəlilabad ərazi şöbələrində təşkil olunacaq. Xızı, Gəncə, Göygöl və Yardımlı rayonlarının bələdiyyə orqanlarına məxsus 16 torpaq sahəsindən 14-ü satış və 2-si isə icarə məqsədilə hərraca çıxarılacaq.
Satışa çıxarılan torpaq sahələrinin ölçüsü 120–4 746 kvadratmetr aralığında dəyişir, icarəyə verilən torpaqların sahəsi isə 1,83 və 5 hektar təşkil edir.