BAKI, 24 dekabr. TELEQRAF

Gəncə şəhər Birləşmiş Xəstəxanası Ü.Hacıbəyli adına ailə sağlamlıq mərkəzində əsaslı təmir işlərinin aparılmasına 1,15 milyon manat vəsait ayırıb.

Teleqraf xəbər verir ki, xəstəxana Rayonlararası İstehsalat Kombinatı ilə ümumi dəyəri 1 milyon 159 min 188 manat olan müqavilə imzalayıb.

Təmir işlərinin bir il ərzində bitəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, işlərin görülməsi üçün elan edilən açıq tenderin ehtimal olunan qiyməti 1 milyon 169 min 118,98 manat olub.

Rayonlararası İstehsalat Kombinatı 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Soltan Baxışovdur.