BAKI, 16 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana gətirilən yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәrinin sayı 1 861ədədə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabata əsasən, ilk 11 ayda idxal edilən elektrikli avtomobillərin ümumi dəyəri 55 milyon 285.04 min dollar təşkil edib.
Qeyd edək ki, bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə çoxdur. Belə ki, oktyabrda Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı 1 732 ədəd, ümumi dəyəri isə 52 milyon 082.79 dollar olub.