BAKI, 8 dekabr. TELEQRAF
Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb. 2021-2024-cü illərdə ölkənin qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib.
Teleqraf xəbər verir ku, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Gömrük Biznes Forumu 2025"də bildirib.
Onun sözlərinə görə, ötən 20 ildə gömrük sistemimiz ardıcıl və dərin transformasıyadan keçib:
"Hazırda Azərbaycan gömrüyü rəqəmsal innovasiyalar üzərində qurulur, iqtisadi fəallığı artırır, ticarət axınlarını sürətləndirir və ölkəmizin regional logistika qovşağı kimi mövqeyini gücləndirir. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparlan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir".