BAKI, 28 noyabr. TELEQRAF
Bu ilin oktyabr ayında Azərbaycan xarici bazarlara 38.9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na istinadən xəbər verir ki, bu ötən ilin eyni ayı ilə müqayisədə 19,1 faiz azdır.
Cari ilin yanvar - oktyabr aylarında isə qızıl ixracından toplam 276,8 milyon ABŞ dolları dəyərində gəlir əldə edilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69,4 faiz çoxdur.