BAKI, 28 noyabr. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,42 faiz bahalaşaraq 4.6483 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 1,18% azalıb. Beləliklə, qazın meqavat-saatı 29.15 avro olub.