BAKI, 27 noyabr. TELEQRAF
Ötən həftə Türkiyə Mərkəzi Bankının qızıl və valyuta, eləcə də xalis ehtiyatları azalıb.
Teleqraf xəbər verir ki, bankın qızıl və valyuta ehtiyatları əvvəlki həftədə 187,4 milyard dollar olduğu halda, ötən həftə 180,6 milyard dollara enib.
Xalis ehtiyatlar 69,4 milyard dollara düşüb. Əvvəlki həftə bu rəqəm 72,2 milyard dollar səviyyəsində olub.
Tənzimləyicinin svoplar (mübadilə əməliyyatları) istisna olmaqla xalis ehtiyatları isə ötən həftə 55,1 milyard dollara geriləyib. Əvvəlki həftə bu göstərici 57,8 milyard dollar səviyyəsində olub.