BAKI, 27 noyabr. TELEQRAF

Ağdamda transformator məntəqələrinin və xarici elektrik təchizatının quraşdırılması üçün 3,6 milyon manat xərclənəcək.

Teleqraf xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti rayonda tikinti-quraşdırma işlərini "SSAL-2" MMC-yə həvalə edib.

Müqavilənin dəyəri ümumilikdə 3 milyon 666 min 346,73 manatdır. İşlərin növbəti ilin iyununda bitməsi nəzərdə tutulub.

Qeyd edək ki, "SSAL-2" MMC enerji şirkəti 2013-cü ildə təsis edilib. Şirkət yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi, avadanlıqların quraşdırılması xidmətləri məşğuldur. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Mirsədi Seyidovdur.