BAKI, 27 noyabr. TELEQRAF

Azərbaycanda bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, cəmi öhdəliklərin 73,3 faizi və ya 36 milyard 062.9 milyon manatı depozitlərdən ibarətdir.

Depozit portfelinin 57%-i (20,513.9 mln. manat) hüquqi şəxslərin, 43%-i (15,549 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.