BAKI, 27 noyabr. TELEQRAF
Fiziki şəxslərin müddətli əmanətləri oktyabrda 1,7% və ya 159,5 milyon manat artıb.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 68,2%-i (10 milyard 610.2 mln. manat) milli valyutada, 31.8%-i (4 milyard 938.8 mln. manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 63.6%-i (9 milyard 883.6 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Həmçinin fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 1.7% və ya 163.4 mln. manat, tələbli əmanətləri isə 0.2% və ya 8.6 mln. manat artmışdır.
Ötən ay bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.7% (4,812 əmanətçi), ilin əvvəlindən isə 23.6% (35,450 əmanətçi) artıb.