BAKI, 27 noyabr. TELEQRAF
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.44% azalaraq 4184 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.56% azalaraq 52.62 ABŞ dolları təşkil edib.