BAKI, 27 noyabr. TELEQRAF

Qızılın qiyməti son bir həftənin ən yüksək səviyyəsinə qalxıb.

Teleqraf xəbər verir ki, artıma ABŞ Federal Ehtiyat Sisteminin gələn ay faiz dərəcələrini azaldacağı gözləntiləri səbəb olub.

Spot qızılın qiyməti 0,8% artaraq bir unsiya üçün 4 161,42 dollar olub. ABŞ üzrə qızıl fyuçerslərinin qiyməti isə 0,4% artaraq bir unsiya üçün 4 158,80 dollara çatıb.