BAKI, 26 noyabr. TELEQRAF

OPEC+ nazirləri noyabrın 30-da keçiriləcək iclasda maksimal neft hasilatı gücünün qiymətləndirilməsi mexanizmini müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, bu ilin mayında “OPEC+” ölkələri arasında keçirilən görüşdən sonra nazirlər OPEC Katibliyinə üzv ölkələrdə maksimal hasilat gücünün qiymətləndirilməsi ilə bağlı mexanizm hazırlamağı tapşırıblar. Bu mexanizm 2027-ci il üçün müəyyənləşdiriləcək baza hasilat səviyyələrinin hesablanmasında istifadə olunacaq.

Qeyd edək ki, noyabrın 30-u "OPEC+" ölkələrindən səkkiz dövlətin toplantısı, nazirlərin monitorinq komitəsinin iclası və bütün "OPEC+" nazirlərinin ümumi görüşü keçiriləcək.