BAKI, 26 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 572 milyon 924 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 297 milyon 466 min manatla “Paşa Sığorta” qərarlaşıb. Şirkəti 89 milyon 126 min manatla “Atəşgah Həyat Sığorta ” izləyib.
Renkinqdə “Qala Sığorta” şirkəti 67 milyon 151 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 52 milyon 942 min manatla beşinci olub.
Ümumilikdə, son 10 ayda ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 1 milyard 255 milyon 973 min manat məbləğində sığorta haqqı toplanıb.