BAKI, 26 noyabr. TELEQRAF

Bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi edən “Paşa Həyat Sığorta” ASC olub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət hesabat dövründə 479 milyon 806 min manat ödəniş aparıb.

Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC ( 115 milyon 297 min manat) ,“Atəşgah Həyat" Sığorta Şirkəti ASC ( 56 milyon 313 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Atəşgah” Sığorta Şirkəti ASC (34 milyon 148 min manat ) “Qala Sığorta” ASC (22 milyon 179 min manat) izləyib.

Qeyd edək ki, ötən 10 ayda sığorta şirkətləri toplamda 772 milyon 602 min manat sığorta ödənişi ediblər.