BAKI, 20 noyabr. TELEQRAF

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan qeyri-yaşayış binası hərraca çıxarılır.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 472.1 kvadratmetr olan əmlakın hərracda ilkin satış qiyməti 582 883 min manat təşkil edir.

Sözügedən qeyri-yaşayış binası Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsində yerləşir.

Qeyd edək ki, hərrac dekabrın 16-da baş tutacaq.

Onu da bildirək ki, hərraca çıxarılan qeyri-yaşayış binası bank tərəfindən ayrılan nağd kreditlərin təminatı kimi qəbul edilib. Bu ilin üçüncü rübündə bankın xalis kredit portfeli 6 milyard 802 milyon 549 min manat olub. Bu da ilin əvvəlinə nisbətən 7,1% artım deməkdir. ABB-nin sektor üzrə bazar payı 21,6% təşkil edir. Bank müştərilərə verilən kreditlərdən 601 milyon 991 min manat faiz gəliri əldə edib.