BAKI, 17 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gətirilən yalnız elektrik mühәrriklә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlәrinin sayı 1 732 ədədə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabata əsasən, ilk 10 ayda idxal edilən elektrikli avtomobillərin ümumi dəyəri 52 milyon 082.79 min dollar təşkil edib.
Qeyd edək ki, bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə çoxdur. Belə ki, sentyabr ayında Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı 1 559 ədəd, ümumi dəyəri isə 48 milyon 210.71 dollar olmuşdu.