BAKI, 14 noyabr. TELEQRAF
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir.
Teleqraf bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Bununla da MMC “Stream-Info” MMC-yə qoşulduğunu və “Stream-Info” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, “ARB TV” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hazırkı qanuni təmsilçisi Sultanov Emin Vaqif oğludur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.