BAKI, 14 noyabr. TELEQRAF

Mingəçevirdə fəaliyyət göstərən "Regional Hospital" MMC-nin külli miqdarda vergi borcu yaranıb.

Teleqraf xəbər verir ki, hospitalın hazırda dövlətə 692 min 174.56 manat vergi borcu var.

Qeyd edək ki, "Regional Hospital" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 manat olan şirkətin hazırkı qanuni təmsilçisi Qorçuyev Pərviz Dosməmməd oğludur.