BAKI, 29 oktyabr. TELEQRAF

Bu ilin oktyabrın 1- i tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 365,1 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu rəqəm Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizini təşkil edib.

Ümumi dövlət borcunun 8 milyard 318,3 milyon manatı (təxminən 4 milyard 893,1 milyon ABŞ dolları) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard 46,8 milyon manatı və ya 67,2 faizi isə daxili dövlət borcunun payına düşür.