BAKI, 28 oktyabr. TELEQRAF
Oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,6 faiz bəndi təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Belə ki, manatın nominal effektiv məzənnəsi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,9 faiz bəndi azalıb.
Manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 175,3 faiz bəndi təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz bəndi artım deməkdir.
Manatın ümumi real effektiv məzənnəsində də azalma müşahidə edilib. Hesabat dövründə bu göstərici 115,2 faiz bəndi təşkil edib ki, bu da 2024-cü ilin oktyabrın 1-i tarixi ilə müqayisədə 3 faiz bəndi azdır.
Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 112,6 faiz bəndi təşkil edib. Bir il əvvələ nisbətdə də bu göstərici 2,3 faiz bəndi azalıb.