BAKI, 28 oktyabr. TELEQRAF

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 13 faiz artaraq 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ödəniş kartlarında debet kartlarının sayı 16% artıb. Kredit kartlarının sayı isə 7% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.

Ötən ay ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,808 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,086 mln. manatı POSterminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.