BAKI, 27 oktaybr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 530 milyon 839 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 272 milyon 931 min manatla “Paşa Sığorta” qərarlaşıb. Şirkəti 81 milyon 124 min manatla “Atəşgah Həyat” izləyib. Renkinqdə “Qala Sığorta” şirkəti 63 milyon 925 min manatla dördüncü, “Atəşgah” sığorta şirkəti isə 48 milyon 677 min manatla beşinci olub.
Ümumilikdə, son 9 ayda ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 1 milyard 157 milyon 254 min manat məbləğində sığorta haqqı toplanıb.