BAKI, 24 oktyabr. TELEQRAF

“Vivatech Project and Construction” QSC, “STT Qrup Azərbaycan” QSC, “Sapphire Co” QSC və “Stels” QSC təşkilati-hüquqi formalarının Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi barədə qərar qəbul ediblər.

Teleqraf xəbər verir ki, bu səbəbdən hər bir şirkət üzrə ümumi dəyəri 2000 manat olan, nominal dəyəri 20 manat olan 100 ədəd adi, adlı, sənədsiz səhmlər dövriyyədən çıxarılır.

Onu da bildirək ki, hazırda “STT Qrup Azərbaycan” QSC-nin dövlətə 42 min 32.36 manat, “Sapphire Co” QSC-nin 1 milyon 788 min 525.49 manat, “Stels” QSC-nin isə 22 min 193.08 manat vergi borcu var.

Həmçinin “N-Oil Management” QSC də ləğv prosesində olduğundan, ümumi dəyəri 2000 manat, nominal dəyəri 10 manat olan 200 ədəd adi, adlı, sənədsiz səhmlərin dövriyyədən çıxarıldığını elan edib.