BAKI, 20 oktyabr. TELEQRAF
2030-cu ilə qədər Rusiya boru kəməri qazı ilə 100% qazlaşdırma səviyyəsinə nail olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller “Rossiya-24” telekanalına müsahibəsində qeyd edib.
“2030-cu ilə qədər ölkə üzrə boru kəməri qazı ilə texniki cəhətdən mümkün olan qazlaşdırmanın 100 faizini təmin edəcəyik. Bununla yanaşı, əlbəttə ki, paralel şəkildə başqa bir məsələ də gündəmdədir – əgər biz lokal qazlaşdırma həyata keçiririksə, qaz enerjisi istehsalı da lokal ola bilər və ölkəmizin uzaq nöqtələrində enerji təchizatı məsələlərini yerli səviyyədə həll edə bilər”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın enerji strategiyasına əsasən, ölkə regionlarında qazlaşdırma səviyyəsinin 2030-cu ildə 82,9%-ə, 2036-cı ildə 84%-ə, 2050-ci ildə isə 86,2%-ə çatacağı nəzərdə tutulur.