BAKI, 17 oktaybr. TELEQRAF

Bu ilin üçüncü rübündə fiziki şəxslərə ən çox kredit verən bank "Kapital Bank" olub. Bank rüb ərzində 3 milyard 131,8 milyon manatlıq istehlak kreditləşməsi reallaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının 2025-ci ilin üçüncü rübünün renkinq hesabatında qeyd edilib.

Renkinqin ilk beşliyində "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ikinci yeri tutub. Bank rüb ərzində 1 milyard 998,1 milyon manat kredit verib. Üçüncü sırada 673,2 milyon manatlıq göstərici ilə " Bank of Baku" ASC qərarlaşıb. Bundan əlavə, "Unibank" ASC 644 milyon manatlıq kredit həcmi ilə dördüncü, "Bank Respublika" ASC isə 342,5 milyon manatla beşinci sırada yer alıb.