BAKI, 15 oktyabr. TELEQRAF

Bu ilin aprel ayından etibarən vahid xəzinə hesabının sərbəst qalığının depozit hərracları vasitəsilə kommersiya banklarında yerləşdirilməsinə başlanılıb. Aprel-oktyabr ayları ərzində təşkil olunmuş 22 depozit hərracı nəticəsində ümumilikdə 10,4 milyard manat məbləğində vəsait yerli banklarda depozitə yerləşdirilib.

Teleqraf Maliyyə nazirliyinə istiandən xəbər verir ki, yerləşdirilən vəsait müqabilində 76,9 milyon manat faiz gəliri hesablanıb. Həmin məbləğin 66,6 milyon manatı – yəni vaxtı çatmış hissəsi dövlət büdcəsinə ödənilib.