BAKI, 14 oktyabr. TELEQRAF

"Societe Generale" 2026-cı ilin sonuna qızılın bir unsiyası ilə bağlı qiymət hədəfini 5 min dollara yüksəldib.

Teleqraf xəbər verir ki, bankın analitikləri Michael Haigh və Ben Hoff paylaşdıqları qeyddə bildiriblər ki, mərkəzi bankların alışlarının dayanıqlı olacağı gözlənilir.

Bu səbəbdən qiymət hədəflərini yeniləməkdə özlərinə əmindirlər.

Analitiklər əlavə ediblər ki, qiymətlər 2026-cı ilin sonuna qədər 5 min dollara çatacaq.

Qlobal bazarlarda qızıla olan tələbi artıran digər mühüm amillərdən biri isə Hindistanda yaxınlaşan Divali bayramıdır.

Bu da qızıl bazarına ciddi təsir göstərə bilər. Oktyabrın 18-də keçirilən Divali bayramı ərəfəsində pərakəndə alıcılar illik qızıl tələbatının təxminən 20 faizini reallaşdırırlar. Qızıl alışları o qədər yüksək olur ki, bu, birjalarda orta hesabla 10 faiz, bəzən isə 31 faizə qədər dalğalanmalara səbəb olur.