BAKI, 14 oktaybr. TELEQRAF

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb.

ADY-dən Teleqraf-a verilən məlumata görə, markanın üzərində yük qatarı təsvir edilib. Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.

Marka 4 min tirajla çap olunub.