BAKI, 13 oktyabr. TELEQRAF

Avropa iqtisadiyyatının lokomotivi hesab edilən Almaniyada iflas müraciətləri sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə 10,4% artıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlar Almaniya Federal Statistika İdarəsi (Destatis) sentyabr ayına aid ilkin iflas müraciətləri və iyul ayına aid şirkət və şəxsi iflasların yekununa dair hesabatında yer alıb.

Məlumata görə, iyul ayında Almaniyada iflas edən müəssisələrin sayı əvvəlki ilin iyul ayı ilə müqayisədə 13,4% artaraq 2 197-yə çatıb. İyul ayında hər 10 min şirkətdən 12,7-si daşıma və anbar sektorunda, 9,9-u isə hotel və digər iqtisadi xidmətlər sahələrində fəaliyyət göstərib.