BAKI 9 oktyabr. TELEQRAF
Bu gün Bakıda maliyyə və texnologiya şirkətlərini bir araya gətirən "Baku Fintech Forum 2025" işinə başlayır.
Teleqraf xəbər verir ki, Azərbaycan Fintek Assosiasiyasının təşkilatçılığı, Mərkəzi Bankın və Banklar Assosiasiyasının dəstəyi ilə keçirilən tədbirdə aparıcı maliyyə və texnologiya ekspertlərinin çıxışları, panel müzakirələr və tərəfdaşlıq imzalanmaları baş tutacaq.
Forumun gündəliyinə prioritet mövzulardan həmçinin açıq bankçılıq- maliyyə əlaqələrinin yeni dövrü, rəqəmsal ödənişlərin gələcəyi mövzuları da daxil edilib.