BAKI, 8 oktyabr. TELEQRAF

Azərbaycan Dəmir Yolları QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə 11 oktyabrda Bakı-Ağstafa, 12 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

ADY-dən Teleqraf-a verilən məlumata görə eyni zamanda, 29 sentyabrdan təyin edilən həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri ilə, eləcə də hər gün Bakı–Qazax–Bakı marşrutu ilə səfər etmək mümükündür.

Biletiləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.