BAKI, 7 oktyabr. TELEQRAF
Comex birjasında (Nyu-York Mal Birjasının bölməsi) dekabr çatdırılması üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimuma çataraq hər troy unsiyası üçün 4 000 dollar səviyyəsini keçib,
Teleqraf xəbər verir ki, bu barədə birja məlumat yayıb.
Bakı vaxtı ilə saat 04:28-də qiymət 4 000,1 dollar təşkil edib (+0,35%). Saat 04:54-də isə qızılın qiymətində artım yavaşlayaraq 3 987,4 dollar səviyyəsinə düşüb.