BAKI, 6 oktyabr. TELEQRAF
Ötən ay bitki yağlarının qiymət indeksi 167,9 bənd təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında məlumat verilib.
Məlumata görə, bu göstərici avqust ayı ilə müqayisədə 0,7 faiz azdır. İllik nisbətdə isə 18% yüksəkdir.
Qeyd edək ki, qiymətlərin azalmasına əsas səbəb palma və soya yağının ucuzlaşmasıdır.