BAKI, 6 oktyabr. TELEQRAF
Bu ilin sentyabr ayında ərzaq məhsullarının qlobal qiymət indeksi 128,8 bənd təşkil edib. Bu, ət və bitki yağlarının beynəlxalq qiymətlərinin artmasına baxmayaraq, avqust ayı ilə müqayisədə 0,6 faiz azdır.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir.
Taxıl, süd məhsulları, şəkər və bitki yağlarının qiymət indekslərinin aşağı düşməsi ətin bahalaşmasından yarana biləcək təzyiqi yumşaldıb.
Bununla belə qiymətlər indeksi 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 3,4 faiz yüksək olub.