BAKI, 6 oktyabr. TELEQRAF

Nyu-York Əmtəə Birjasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir troy unsiyası üçün 3949 ABŞ dollarını keçib.

Teleqraf xəbər verir ki, bu əvvəlki hərraclarla müqayisədə təxminən 1 faiz artım deməkdir.

Saat 06:07-yə olan məlumata əsasən, qızılın qiymət bir qədər düşərək 3948,2 dollar səviyyəsində qərarlaşıb, lakin artım tendensiyası qalmaqdadır.