BAKI, 2 oktyabr. TELEQRAF
Bakı metrosu sentyabr ayında 19 milyon 965 min 597 nəfər sərnişinə xidmət göstərib.
"Bakı Metropoliteni" QSC- dan Teleqraf-a verilən məlumata görə, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb.
Ay üzrə ən çox sərnişin 15 sentyabrda daşınıb. Həmin gün metro 891 856 nəfər sərnişinə xidmət göstərib.
Qeyd edək ki, ötən ay ən çox sərnişin “Koroğlu” stansiyasından (1 757 789 nəfər ) istifadə edib, ikinci yerdə “28 May” ( 1 680 562 nəfər), üçüncü yerdə isə “20 Yanvar” stansiyası (1 565 094) qərarlaşıb.