BAKI, 30 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust ayları ərzində keçirilmiş elektron satınalmaların sayı 5543, məbləği isə 2 milyard 449,8 milyon manat təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların sayında 34%, məbləğ üzrə isə 18% artım müşahidə olunub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında açılışı baş tutmuş müsabiqələr üzrə orta təchizatçı sayı 3,6 təşkil edib.