BAKI, 30 sentyabr. TELEQRAF

Bakı metrosunda istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin çəkilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, müvafiq işlərə 5 milyon 404 min 958 manat xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən işlərə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti nəzarət edəcək. Qurum hazırda podratçı axtarışındadır.