BAKI, 30 sentyabr. TELEQRAF

Sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 102,7 faiz bəndi təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Belə ki, manatın nominal effektiv məzənnəsi ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz bəndi azalıb.

Həmçinin, manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi 174,2 faiz bəndi təşkil edib ki, bu da ötən ilin sentyabrın 1-ə olan göstərici ilə müqayisədə 1 faiz bəndi azdır.

Manatın ümumi real effektiv məzənnəsində azalma müşahidə edilib. Hesabat dövründə bu göstərici 114,7 faiz bəndi təşkil edib ki, bu da 2024-cü ilin sentyabrın 1-i tarixi ilə müqayisədə 4,1 faiz bəndi azdır.

Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 111,6 faiz bəndi təşkil edib. Bu, bir il əvvələ nisbətdə 3,6 faiz bəndi azalma deməkdir.