BAKI, 30 sentyabr.. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycan elektrik enerjisi ixracından 52,7 milyon dollar gəlir əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında qeyd olunub.
Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 8,4 faiz azdır.
Təkcə avqust ayında isə xaricə 11,1 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.
Xatırladaq ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın bu məhsulun ixracından qazancı 138,5 milyon dollar olmuşdu.