BAKI, 30 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında “Azəralüminium” MMC 82,9 milyon ABŞ dollar dəyərində məhsul ixrac edib.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalıb.
2024-cü ilin yanvar-avqust aylarında şirkətin ixracı 95,2 milyon dollar təşkil edib.
Ayrıca şirkət cari ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ilk onluqda dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Azəralüminium” MMC 2008-ci ildə yaradılıb. “Azəralüminium” MMC- nin də üzv olduğu "Azərbaycan Sənaye Korporasiyası" ASC Azərbaycan prezidentinin 27 dekabr 2024-cü il fərmanı ilə ləğv edilib və şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.