BAKI, 30 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracatçı subyektləri arasında ən yüksək göstərici ARDNŞ-nın Marketinq və İqtisadi İslahatlar İdarəsinə aid olub.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən xəbər verir ki, şirkət xaricə 272,3 milyon ABŞ dolları dəyərində məhsul satıb.
Reytinqdə ikinci yeri 190,5 milyon dollar ilə SOCAR Polymer MMC tutub.
Üçüncü yerdə 148 milyon dollarlıq ixracla “AzərGold” QSC qərarlaşıb. Bu göstərici 2024-cü ildəki 73 milyon dollarlıq ixracla müqayisədə əhəmiyyətli artım deməkdir.
“Prime-Cotton” MMC 84 milyon dollarla 4-cü yerdə, Azəralüminum MMC isə 82,9 milyon dollarla 5-ci yerdə qərarlaşıb.