BAKI, 29 sentyabr. TELEQRAF
Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.4% artaraq 36 milyard 806.2 milyon manat təşkil edib.
Teleqraf Mərkəzi Banka istinadən məlumat verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 178.1 milyon manat artaraq 2 milyard 763.6 milyon manata çatıb.
Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.